Demokratik Konqo Respublikasında (DKR) Ebola virusunun yayılması nəticəsində ölənlərin sayı 2000 nəfəri ötüb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Africa CDC”nin (Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi) yaydığı son məlumatlara görə, ölkədə epidemioloji vəziyyət getdikcə daha da pisləşir.
Səhiyyə qurumlarının rəsmiləri infeksiyanın coğrafi əhatə dairəsinin genişlənməsindən ciddi narahatlıq keçirirlər.
Virusun qarşısının alınması istiqamətində tədbirlərin görülməsinə baxmayaraq, yoluxma və ölüm hallarının artması həm yerli səhiyyə sisteminə, həm də beynəlxalq ictimaiyyətə əlavə təzyiq yaradır.
Hazırda bölgədə vəziyyətin nəzarətdə saxlanılması məqsədilə beynəlxalq missiyalar və yerli qurumlar birgə fəaliyyət göstərirlər.
Bununla belə, virusun sürətlə yayılması səhiyyə infrastrukturunun üzərinə düşən yükü daha da artırıb.