Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

2 dəq
Paylaş:
Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Azərbaycan Respublikasının naziri ilə Özbəkistan Respublikasının naziri Baxtiyor Saidov arasında aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən “Operativ Məlumat Mərkəzi-OMM”bildirilib ki, danışıq zamanı, regionda gərgin vəziyyəti və davam edən hərbi eskalasiya müzakirə olunub.

Bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyət ilə bağlı dərin narahatlıq ifadə olunub.

Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub.

Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı çərçivəsində həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax