Bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və işlədiyi məkanlar deyil.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
Getdikcə onlar diplomatiyanın, ticarətin, infrastrukturun, texnologiyanın, iqlim fəaliyyətinin və regional əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər.
O bildirib ki, bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və işlədiyi məkanlar deyil:
"Dayanıqlı inkişafın gələcəyi böyük ölçüdə şəhərlərimizi yalnız fiziki baxımdan deyil, həm də iqtisadi, rəqəmsal, institusional və sosial cəhətdən nə dərəcədə uğurla birləşdirəcəyimizdən asılı olacaq. Təxminən iki il əvvəl, COP29-un ev sahibi kimi Azərbaycan urbanizasiyanı, o cümlədən şəhərləri qlobal iqlim gündəliyinin mərkəzinə yerləşdirdi. Biz qəbul etdik ki, şəhərlər qlobal emissiyalara əhəmiyyətli töhfə versələr də, eyni zamanda innovasiyanın, dayanıqlılığın və iqlim böhranına həll yollarının əsas hərəkətverici qüvvələridir".