Rusiya Premyer Liqasında çıxış edən Mahaçqala "Dinamo"su heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, kolumbiyalı müdafiəçi Andres Alarkonla 3 illik müqavilə imzalanıb.
Məlumata görə, 25 yaşlı futbolçu artıq ötən mövsüm Mahaçqala təmsilçisinin heyətində çıxış edib. O, komandada icarə əsasında forma geyinib.
Bildirilib ki, Alarkon ötən mövsüm Rusiya çempionatında 14 oyunda iştirak edib və bir dəfə sarı vərəqə alıb.
Qeyd edək ki, Mahaçqala "Dinamo"su 2025/2026 mövsümünü 26 xalla 14-cü pillədə başa vurub. Komanda Premyer Liqada qalmaq üçün keçirilən pley-off mərhələsində Yekaterinburqun "Ural" klubunu iki oyunun nəticəsinə əsasən məğlub edərək elitadakı yerini qoruyub.