Operativ Məlumat Mərkəzi

Dünya çempionatı: Hidayət Heydərov yarımfinala yüksəlib

1 dəq
Paylaş:
Dünya çempionatı: Hidayət Heydərov yarımfinala yüksəlib
73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu ilk üç rəqibini məğlubiyyətə uğradıb. 26 yaşlı cüdoçu 1/16 finalda Adil Osmanova (Moldova), 1/8...

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu ilk üç rəqibini məğlubiyyətə uğradıb.

26 yaşlı cüdoçu 1/16 finalda Adil Osmanova (Moldova), 1/8 finalda Cek Yonezukaya (ABŞ), 1/4 finalda isə Artur Margelidona (Kanada) qalib gəlib.

İki dəfə mundialın bürünc mükafatına sahib çıxan Heydərov bu dəfə çempionluq şansını davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər