Operativ Məlumat Mərkəzi

Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb

1 dəq
Paylaş:
Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə...

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700.60 karat brilyant qaşlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər