İyun ayının 17-də Dövlət Sərhəd Xidmətinin Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.