Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkoticarətlə məşğul olmaqda şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, onun tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov tutulub. Saxlanılan şəxslərdən ümumilikdə 34 kiloqram 450 qram müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir və narkotiklərin mənbəyi, eləcə də mümkün əlaqələr araşdırılır.