Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

1 dəq
Paylaş:
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

Pilotsuz uçuş aparatı (PUA) ərazisində, İraqla sərhəddə iki məntəqəsinə hücum edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yaxın Şərq mediası Küveyt hərbçilərinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, hücum bu gün səhər saatlarında baş verib, yaralanan yoxdur. Həmçinin qeyd olunub ki, PUA-lar İraq ərazisindən buraxılıb, lakin PUA-ların hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilmir.

"Bu gün səhər saatlarında Küveytin iki quru sərhəd postu İraqdan buraxılan və optik-lifli kabellərlə idarə olunan, partlayıcı ilə doldurulmuş iki PUA-nın tətbiqi ilə cinayətkar hücuma məruz qalıb. Nəticədə maddi ziyan dəyib, lakin insan tələfatı olmayıb", - məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax