İsrail və HƏMAS arasında döyüşlər başlayandan indiyədək 2616 nəfər israilli xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, hazırda xəstəxanalara yerləşdirilən 578 nəfər, o cümlədən 157 nəfərin vəziyyəti ağır, 259 nəfərin vəziyyəti orta ağır, 161 nəfərin vəziyyəti yüngüldür.