Əsas məzmuna keç

Dövlət Vergi Xidməti POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlayır

Dövlət Vergi Xidməti POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlayır

Sabahdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vertgi Xidməti POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, pərakəndə və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…