Dövlət sərhədində əməliyyat - YARALANAN VAR

Dövlət sərhədində əməliyyat - YARALANAN VAR
31.03.2024 12:27
Aa
dəq

Mart ayının 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sərhəd zastavasının şəxsi heyəti tərəfindən sərhəd pozucularının mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

İrandan Azərbaycan istiqamətində hərəkət edən sərhəd pozucuları sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayıb üzərilərindəki çantanı ataraq geriyə qaçmağa cəhd göstəriblər.

Sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.

Hadisə nəticəsində sərhəd pozucularından biri yaralanıb, digəri relyefin mürəkkəbliyi və əlverişsiz hava şəraitindən yararlanaraq geriyə qaçıb.

Yaralı sərhəd pozucusuna sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən dərhal sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı Ədilli Ramazan Yusif oğlu olması müəyyən edilib, xidməti ərazidən 10 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Görülmüş tədbirlər nəticəsində narkotik vasitələri götürmək məqsədilə xidməti əraziyə yaxınlaşan Beyləqan rayon Əmirzeyidli kənd sakini, 1968-ci il təvəllüdlü Atakişiyev Rasim Mustafa oğlu və Birinci Şahsevən kənd sakini, 1999-cu il təvəllüdlü Abdullayev Məhəmməd Ramil oğlu saxlanılıb.

Faktla bağlı Baş Prokurorluqla birgə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu