Agentliyin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib - SƏRƏNCAM

Agentliyin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib - SƏRƏNCAM
16.04.2024 13:54
Aa
dəq

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, F.Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.

O, əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb.

Daha sonra F.Adıgözəlov 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olub.

F.Adıgözəlov Prezident İlham Əliyevin 2021-ci il dekabrın 7-də imzaladığı Sərəncamla Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilib.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib

Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
DAVAMIN OXU davamın oxu

Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib

Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib
DAVAMIN OXU davamın oxu

Babək rayonunun icra başçısı dəyişib

Babək rayonunun icra başçısı dəyişib
DAVAMIN OXU davamın oxu

Baş prokuror Tərtərdə vətəndaşları qəbul edəcək

Baş prokuror Tərtərdə vətəndaşları qəbul edəcək
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov və Samir Şərifovla bağı SƏRƏNCAM

Mikayıl Cabbarov və Samir Şərifovla bağı SƏRƏNCAM
DAVAMIN OXU davamın oxu