Dövlət İmtahan Mərkəzinin xalis zərəri 13 dəfədən çox artıb

Dövlət İmtahan Mərkəzinin xalis zərəri 13 dəfədən çox artıb
22.02.2024 11:47
Aa
dəq

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ili 2,317 milyon manat xalis zərərlə başa vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 13,2 dəfə çoxdur.

2022-ci ildə DİM-in əməliyyat gəlirləri 21,242 milyon manat (2021-ci ilə nisbətən 23,7 % çox), işçi heyəti üzrə xərcləri 15,98 milyon manat (43,7 % çox), amortizasiya xərcləri 3,076 milyon manat (50,4 % çox), material xərcləri 2,599 milyon manat (3,3 % az), təmir və texniki qulluq xərcləri 547 min manat (21,6 % çox), icarə xərcləri 411 min manat (48,1 % az), mühafizə xərcləri 264 min manat (17 % az), sığorta xərcləri 201 min manat (1 % az), digər əməliyyat xərcləri 1,502 milyon manat (27,8 % az), maliyyə gəlirləri 12 minm manat (7,6 dəfə çox), maliyyə xərcləri 15 min manat (3 dəfə az), digər gəlirləri 1,526 milyon manat (26,4 % az), mənfəət verigisi ödəmələri isə 503 min manat (2,5 dəfə çox) təşkil edib.

2023-cü il yanvarın 1-nə DİM-in aktivləri 38,332 milyon manat olub ki, bu da illik müqayisədə 0,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 46,6 % artaraq 3,134 milyon manata, balans kapitalı isə 2 % azalaraq 35,198 milyon manata çatıb.

DİM ölkə Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu