Əsas məzmuna keç

Dövlət başçısı: İldən-ilə Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı artmaqdadır

Dövlət başçısı: İldən-ilə Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı artmaqdadır

bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatı zamanı deyib. “Keçən il Avropa İttifaqı ilə imzalanmış...

İldən-ilə təbii qazının Avropa istiqamətinə ixracı artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kub metr qaz ixrac edəcək və ildən ilə bu rəqəm artır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatı zamanı deyib.

“Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milrd kub metr qazın nəql edilməsini təmin etməliyik. Əminəm ki, biz bu rəqəmə çatacağıq”, - Prezident İlham Əliyev qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…