Dövlət başçısı: Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək

Dövlət başçısı: Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək
25.04.2023 14:35
Aa
dəq

Azərbaycan bu il Avropa İttifaqı (Aİ) bazarına qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,  bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək: “Ötən ilin iyulunda Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu memorandum əsasında biz 2027-ci ilədək Avropa İttifaqı (Aİ) bazarına qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz tədarük etdik. Bu il bizim hədəfimiz 12 milyarddır. Bu isə bizim bu il 24,5 milyard kubmetr olmasını planlaşdırdığımız ümumi ixracımızın demək olar ki, yarısını təşkil edəcək. Əlbəttə bizim hasilatımız və ixracımız böyüyəcək. Çünki biz mövcud qaz yataqlarından hasilatı artıracağıq və qarşıdakı illərdə yeni yataqlarda təbii qaz istehsalını gözləyirik”.

Həftənin ən çox oxunanları

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu