DOST modeli Moldovada tətbiq ediləcək

DOST modeli Moldovada tətbiq ediləcək
31.08.2023 14:28
Aa
dəq

Azərbaycanın "DOST" mərkəzləri modeli (konsepsiyası) Moldova Respublikasında tətbiq ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin iclasında bildirilib.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovun sədrliyi ilə keçən iclasda qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq bu istiqamətdə işçi qrup da yaradılıb.

DOST Agentliyi ilə Moldovanın sosial təminat üzrə məsul qurumu olan Milli Sosial Sığorta Kassası arasında təcrübə mübadiləsi çərçivəsində indiyədək onlayn formatda işçi qrupunun daxilində, həmçinin Moldova nümayəndələrinin iştirakı ilə bir neçə görüş keçirildiyi qeyd olunub.

Agentliyin Hüquq departamentinin müdiri Azər Rəhimov "DOST" mərkəzləri modelinin (konsepsiyasının) Moldova Respublikasında tətbiq edilməsi üçün yaradılan işçi qrupunun fəaliyyəti barədə hesabatla çıxış edib.

Qeyd olunub ki, Moldova tərəfindən təqdim edilmiş 85 adda Milli Kassaya aid xidmətlərin təhlil edilməsi istiqamətində intensiv iş aparılır. Hazırda işçi qrup tərəfindən razılaşdırılmış əsas istiqamətlər üzrə konsepsiya sənədinin formalaşdırılması davam edir və yekun sənədin noyabr ayına qədər təqdim edilməsi gözlənilir.

İclasda Maliyyə və mühasibatlıq departamentinin Təhlil şöbəsinin aparıcı mütəxəssisi Nərminə Kamal və Satınalmalar və təminat departamentinin Satınalmalar şöbəsinin baş mütəxəssisi Nurlan Namazlı DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar təqdim ediblər.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu