ABŞ Prezidenti Donald Tramp Venesuela üzərində hava məkanının açılacağını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Tramp bunu yanvarın 29-da ölkənin müvəqqəti prezidenti Delsi Rodrigez ilə telefon danışığından sonra açıqlayıb.
Tramp Pentaqona və Nəqliyyat Nazirliyinə günün sonuna qədər lazımi dəyişikliklər etməyi tapşırdığını bildirib və qeyd edib ki, Rodrigez ona ölkənin təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasındakı irəliləyişi barədə məlumat verib.