ABŞ Prezidenti Donald Tramp öz sələfi Co Baydeni Ohayo ştatının İst-Palestayn şəhərinin sakinlərinə xəyanət etməkdə ittiham edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı dəmir yolu qəzasından sonra bölgənin bərpası üçün 10 milyon dollar vəsait ayrılacağını bəyan edib.
Tramp bu barədə özünə məxsus olan "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Dələduz Co Bayden tərəfindən rüsvayçı şəkildə xəyanətə uğrayan və unudulan Ohayo ştatının İst-Palestayn şəhərinin böyük sakinləri, Tramp sizi heç vaxt unutmayıb və unutmayacaq".
Qeyd edək ki, 3 fevral 2023-cü il tarixində İst-Palestayn şəhərində yük qatarının relsdən çıxması nəticəsində ətraf mühitə toksik kimyəvi maddələr sızmışdı. Zəhərli maddələrin bir hissəsi Ohayo çayına tökülən su hövzələrinə qarışaraq ciddi ekoloji risk yaratmışdı.