Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampdan ŞOK qərar: Hörmüzdə gərginlik payızadək davam edəcək

2 dəq
Paylaş:
Trampdan ŞOK qərar: Hörmüzdə gərginlik payızadək davam edəcək

Prezidenti İranla münaqişənin tezliklə həll olunacağına ümid etdiyini bildirib, lakin vəziyyətin uzana biləcəyini və Hörmüz boğazı bölgəsindəki ABŞ dəniz blokadasının daha bir neçə ay qüvvədə qalacağını istisna etməyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu barədə "The New York Post" qəzetinin "Pod Force One" proqramına müsahibəsində deyib.

"O dedi ki, ABŞ dəniz blokadasının Əmək Gününə - 7 sentyabra qədər saxlanılmasını mümkün hesab edir", - Trampdan müsahibə alan jurnalist bildirib.

Bununla belə, ABŞ Prezidenti belə bir ssenarinin az ehtimal olunduğunu qeyd edib.

"Mən bilmirəm, düşünürəm ki, belə bir şey ola bilər (blokadanın sentyabra qədər uzadılması - red.). Amma bu, az ehtimal olunur. Düşünürəm ki, biz bütün problemləri həll edəcəyik, özü də kifayət qədər tez", - Tramp deyib.

Eyni zamanda Tramp İranla davam edən danışıqlar barədə nikbin fikirlər səsləndirərək, vəziyyətin "sürətlə inkişaf etdiyini" qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax