ABŞ Prezidenti Donald Tramp İsrail və "Hizbullah" hərəkatının hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldiyini bəyan edib. O, bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə səmərəli müzakirələr apardığını qeyd edərək, İsrail qoşunlarının Beyrutdan geri çəkiləcəyini vurğulayıb. ABŞ lideri, həmçinin yüksək səviyyəli nümayəndələr vasitəsilə "Hizbullah" ilə də təmasda olduğunu və tərəflərin qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəldiyini bildirib.
Qeyd edək ki, daha əvvəl "Axios" nəşri Livan parlamenti sədrinin müşaviri Əli Həmdana istinadən hərəkatın dərhal və tam atəşkəsə hazır olduğunu xəbər vermişdi. Öz növbəsində, İsrail hökumətinin sözçüsü də "Hizbullah"ın İsrail qüvvələrinin Livanın cənubundan çıxarılması şərti olmadan atəşkəsə razılıq verdiyini təsdiqləmişdi.