Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Disney" xərcləri azaltmaq üçün 1000-ə yaxın işçisini ixtisar edəcək

2 dəq
Paylaş:
"Disney" xərcləri azaltmaq üçün 1000-ə yaxın işçisini ixtisar edəcək

"Walt " yaxın həftələrdə 1000-ə qədər işçisini etməyə hazırlaşır. İxtisarların əsasən şöbəsinə təsir edəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, bu prosesə hazırlıqlar Coş D'Amaro mart ayında icraçı direktor vəzifəsinə keçməzdən əvvəl başlayıb.

İxtisarlar şirkətin təxminən 231 minlik ümumi işçi qüvvəsinin 1 faizindən azını təşkil edəcək.

Bu addım şirkətin əvvəlki xərclərin azaldılması tədbirlərinin davamıdır.

Qeyd edək ki, "Disney" 2023 və 2024-cü illərdə də oxşar addımlar atıb. Xərcləri məhdudlaşdırmaq və əməliyyatları optimallaşdırmaq üçün 7000-ə yaxın işçi ixtisar edilib. Striminq biznesindəki uzunmüddətli zərərlərdən sonra gəlirliliyin artırılması hədəflənib.

Yeni ixtisar dalğası həmçinin baş marketinq direktoru Əsəd Ayazın rəhbərliyi altında həyata keçirilən "" adlı daxili təşəbbüslə bağlıdır.

Xəbərlərin ardınca şirkətin səhmlərində 4 milyard dollarlıq ucuzlaşma qeydə alınıb.

"Reuters" agentliyi məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini və "Disney" tərəfindən hələlik rəsmi şərh verilmədiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax