Əsas məzmuna keç

Diqqət: Qar yağacaq və yollar buz bağlayacaq

Diqqət: Qar yağacaq və yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidməti: Bakı və Abşeronda temperatur 8 dərəcə enəcək, fevralın 10-11-i şimal-qərb küləyi şiddətlənəcək. Sulu qar və şaxta xəbərdarlığı:

en ru

Fevralın 10-11-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı və yağacağı gözlənilir. Bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi proqnozlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti xüsusi məlumat yayıb.

Bakıda və yarımadasında fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara və qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur.

Fevralın 11-də şimal-qərb küləyi mülayimləşsə də, fasilələrlə yağıntılı davam edəcək.

Azərbaycanın rayonlarında da fevralın 10-11-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Xüsusi xəbərdarlıq: Fevralın 10-12-də bəzi dağlıq və dağətəyi rayonlarda buz bağlayacaq.

Hava proqnozu

22° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 22° 18° yağış 41%
  2. Sabah Yüngül leysan 18° 16° yağış 86%
  3. Birigün Arabir yağış 17° 15° yağış 66%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…