Əsas məzmuna keç

DİN vətəndaşların Şuşa və Suqovuşana səfərləri ilə bağlı təhlükəsizlik tədbirləri həyata keçirir

DİN vətəndaşların Şuşa və Suqovuşana səfərləri ilə bağlı təhlükəsizlik tədbirləri həyata keçirir

Daxili İşlər Nazirliyi dekabrın 27-dən etibarən şəhərinə və qəsəbəsinə səfər edəcək vətəndaşların təhlükəsizliyi məqsədilə zəruri tədbirlər görür.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-əverilən məlumata görə, vətəndaşların hərəkəti yalnız müəyyən edilən istiqamətlər üzrə təşkil olunacaq.

Qeyd olunub ki, təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcək: "Bununla bağlı müvəqqəti postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunacaq".

Xatırladaq ki, fərdi minik avtomobilləri ilə də səfər edəcək vətəndaşlar icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…