DİN: "Ucar sakini avtomobili polislərin üzərinə sürüb"

DİN: "Ucar sakini avtomobili polislərin üzərinə sürüb"
17.02.2023 13:55
Aa
dəq

Ucar sakini avtomobili polislərin üzərinə sürüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM" -yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Ucar rayonu ərazisində rayonunun Qaracallı kənd sakinləri ilə polis əməkdaşlarının mübahisə etmələrini əks etdirən görüntülər paylaşılıb. Fevralın 16-da gecə saatlarında Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman hərəkətdə olan "Mercedes Vito" markalı nəqliyyat vasitəsinin sürücüsünə işıq cihazlarında texniki nasazlıq olduğuna görə saxla əmri veriblər.

Polis əməkdaşları onlara təhkim olunmuş bort kompüter vasitəsilə nəqliyyat vasitəsinin sənədlərini yoxlayan zaman avtomobilin sürücüsünə törətdiyi bir neçə qayda pozuntusuna görə tətbiq edilən cərimələrin ödənilmədiyini və nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edildiyini müəyyən ediblər.

Sürücü, rayonun Qaracallı kənd sakini Coşqun Mahmudovdan müvafiq sənədlərini təqdim etməyi tələb edən zaman isə C.Mahmudov buna etiraz edərək avtomobili polis əməkdaşlarının üzərinə sürüb və həmin yerdən uzaqlaşaraq yaşadığı ünvana gedib.
Onun yaşadığı yer şöbə əməkdaşları tərəfindən müəyyən edilib və o, törətdiyi əməllə bağlı araşdırma aparılması polis şöbəsinə dəvət olunub. Bu zaman C.Mahmudov və ailə üzvləri kənd ərazisində səs-küy salmaqla buna mane olmağa çalışıblar, polisin qanuni tələblərinə tabe olmayıblar.

Daha sonra həmin əraziyə Ucar RPŞ-nin PPX bölüyünün əməkdaşları dəvət olunub və C.Mahmudov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun barəsində toplanmış materiallar bugün hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Həftənin ən çox oxunanları

"Semka" ləqəbli "TikTok"er saxlanıldı - FOTO

DAVAMIN OXU davamın oxu

2 ton narkotik məhv edilib - VİDEO

2 ton narkotik məhv edilib - VİDEO
DAVAMIN OXU davamın oxu

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib
DAVAMIN OXU davamın oxu

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

Məktəblilərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Məktəblilərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
DAVAMIN OXU davamın oxu