DİN: Polisə daşla xəsarət yetirənlər həbs edilib - YENİLƏNİB

DİN: Polisə daşla xəsarət yetirənlər həbs edilib - YENİLƏNİB
03.12.2023 21:18
Aa
dəq

Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

O saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

***

Polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb.

Həftənin ən çox oxunanları

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda
DAVAMIN OXU davamın oxu

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub

Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub
DAVAMIN OXU davamın oxu

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu