Əsas məzmuna keç

DİN gücləndirilmiş iş rejimində çalışır - FOTO

DİN gücləndirilmiş iş rejimində çalışır - FOTO

günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər. Kütləvi tədbirlərin, insanların sıx toplaşdığı yerlərdə naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.

Artıq bu gündən respublika əhəmiyyətli yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirlərinə başlanılıb.

"Bir daha bütün vətəndaşları, o cümlədən bölgələrə səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq", - DİN-dən bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…