Əsas məzmuna keç

DİN Ermənistanla matçda Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə türkiyəli polisi təltif edib

DİN Ermənistanla matçda Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə türkiyəli polisi təltif edib

Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan Bayrağına göstərdiyi...

Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Bayrağına göstərdiyi ehtirama görə Daxili İşlər Nazirliyinin (DİN) Düzcə Emniyət Müdirliyinin məmuru Ramazan Şahin Azərbaycan Respublikası DİN tərəfindən təltif edilib.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"ə bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin “Beynəlxalq Əməkdaşlığa Görə” döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb.

DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini Emniyət Müdiri İbrahim Ergüdərin iştirakı ilə R.Şahinə təqdim ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…