DİN çimərliklərlə bağlı vətəndaşlara müraciət edib

DİN çimərliklərlə bağlı vətəndaşlara müraciət edib
06.08.2023 16:24
Aa
dəq

Daxili İşlər Nazirliyi (DİN) çimərliklərlə bağlı vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan müraciətdə bildirilib ki, çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir.

"Bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.

Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar.

DİN tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib, xidmətə əlavə qüvvə çıxarılıb. Hazırda bütün rayonlar üzrə xidmət davam etdirilir", - müraciətdə deyilir.

Həftənin ən çox oxunanları

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu