Operativ Məlumat Mərkəzi

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

1 dəq
Paylaş:
DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul ballarına təsir edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədri bildirib ki, keçid balları ali məktəbə, ixtisasa və verilən plan yerlərinə uyğun müəyyənləşir: "Bu il şagird sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər".

Qeyd edək ki, yeni tədris ilində iki yeni ali təhsil müəssisəsi - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər