DGK ölkə vətəndaşının fiziki təzyiqə məruz qalması iddialarına cavab verib - VİDEO

DGK ölkə vətəndaşının fiziki təzyiqə məruz qalması iddialarına cavab verib - VİDEO
30.03.2024 18:13
Aa
dəq

Martın 29-da Abu-Dabi-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı Orxan Bayramlının fiziki təzyiqə məruz qalması barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, sərnişin qismində gələn O.Bayramlı Heydər Əliyev Beynəlxalq Aeroportunun T2 Terminalındakı gömrük nəzarəti zonasından keçərkən ona məxsus olan əl yüklərinə rentgen qurğusunda baxış keçirilib.

Monitorda əks olunan görüntülərə əsasən O.Bayramlı əl yüklərinə baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub və şifahi sorğu-sual zamanı əl yüklərindəki malları ölkə ərazisinə satış məqsədilə gətirdiyini bildirib. Mallara gömrük baxışı keçirilməsi ilə bağlı gömrük əməkdaşlarının qanuni göstərişlərinə əməl etməyən O.Bayramlı nümayişkaranə şəkildə gömrük nəzarətinin aparılmasına şərait yaratmayıb, nəticədə gömrük nəzarəti zonasında mübahisə yaradaraq nalayiq ifadələrdən istifadə edib.

Prosedur qaydalar barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaş gömrük nəzarəti zonasında ictimai asayişin pozulması ilə nəticələnən bu hərəkətlərini sonlandırmayıb, üzərində olan mobil telefonun kamerası vasitəsilə videoçəkiliş etməklə qeydə alıb, görüntüləri ictimailəşdirəcəyi ilə gömrük əməkdaşlarını hədələyib və həmin videotəsvirləri təhrif olunmuş şəkildə ictimailəşdirib.

Daha sonra hadisə yerinə polis orqanı əməkdaşı dəvət olunub və vətəndaş barədə akt tərtib olunaraq Daxili İşlər Nazirliyini Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Həftənin ən çox oxunanları

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
DAVAMIN OXU davamın oxu

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
DAVAMIN OXU davamın oxu

Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
DAVAMIN OXU davamın oxu