Qarabağda yaşayan 10 erməni və 1 rus Ermənistana köçüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “Armenpress” məlumat yayıb.
Bildirilib ki, onlar Azərbaycan və Ermənistanın aidiyyəti qurumlarına Ermənistana köçmək xahişi ilə müraciət ediblər.
Bu müraciətlər əsasında qeyd olunan şəxslər Ermənistana təhvil veriliblər.
Xatırladaq ki, onlar 2023-cü ilin sentyabrında Xankəndinin azad edilməsindən sonra da həmin ərazilərdə yaşamağa davam ediblər.