Operativ Məlumat Mərkəzi

Dərslərin sentyabrın 1-də başlayacaq? - Rəsmi açıqlama

1 dəq
Paylaş:
Dərslərin sentyabrın 1-də başlayacaq? - Rəsmi açıqlama
Dərslərin sentyabrın 1-də başlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat...

Dərslərin sentyabrın 1-də başlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib" - deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər