DSK-lara sənəd təqdim edilməsi müddəti başa çatıb - YENİLƏNİB

DSK-lara sənəd təqdim edilməsi müddəti başa çatıb - YENİLƏNİB
02.08.2024 18:03
Aa
dəq

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, prosesə 18:00-da yekun vurulub.

Qeyd edək ki, deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsinə iyulun 13-dən başlanılmışdı.

***

Bu gün deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, prosesə iyulun 13-dən başlanılıb və avqustun 2-si saat 18:00-dək davam edəcək.

Seçki Məcəlləsinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:

1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;

3. Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;

4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;

6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Həftənin ən çox oxunanları

Şəmkirdə "Ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi" keçirilib

Şəmkirdə
DAVAMIN OXU davamın oxu

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək
DAVAMIN OXU davamın oxu

Balababa Rzayevə şiddətli töhmət elan edilib

Balababa Rzayevə şiddətli töhmət elan edilib
DAVAMIN OXU davamın oxu

Prezident deputatla bağlı SƏRƏNCAM İMZALADI

Prezident deputatla bağlı SƏRƏNCAM İMZALADI
DAVAMIN OXU davamın oxu

Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib

Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
DAVAMIN OXU davamın oxu