Deputat: "Mina terrorunun davam etdirilməsi məqsədyönlü şəkildə ermənilər tərəfindən həyata keçirilir"

Deputat: "Mina terrorunun davam etdirilməsi məqsədyönlü şəkildə ermənilər tərəfindən həyata keçirilir"
19.09.2023 22:04
Aa
dəq

"Azərbaycan ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirir".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat Arzu Nağıyev bildirib.

Deputat eyni zamanda bildirib ki, bu son hadisələr bir daha göstərdi ki, istər mina terroru, istər Azərbaycan vətəndaşlarına, dinc əhaliyə qarşı terroristlərin törətdiyi əməllər lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsini labüd edir.

"Əsas məsələ ondan ibarətdir ki, erməni təxribatçıları dinc quruculuq işləri ilə məşğul olan, hətta bizim bir sıra şirkətlərin nümayəndələrinin işlədiyi yerlərə minalar basdırıblar. Bu gün Daxili İşlər Nazirliyinin nümayəndələrinin mina terrorunun qurbanı olması isə artıq pik nöqtə idi. Buna görə də mütləq şəkildə həmin terrorçular məhv edilməli, ərazilərimizdən çıxarılmalıdır. Baxmayaraq ki, 2020-ci il noyabr sazişinə uyğun olaraq onlar ərazini özü tərk etməli idi. Lakin onlar bunu etmədilər. Ona görə də onlar burdan qovulmalı, əzilməli və məhv edilməlidirlər. Məhz buna görə də bu gün lokal xarakterli tədbirlər həyata keçirilir", - deyə deputat əlavə edib.

Arzu Nağıyev bildirib ki, mina terrorunun davam etdirilməsi məqsədyönlü şəkildə ermənilər tərəfindən həyata keçirilir və bunun qarşısı alınmalıdı. Son vaxtlar bəzi havadarların verdiyi bəyanatlardan həvəslənərək bir sıra qanunsuz addımlar atan erməni təxribatçıları və həmin bəyanatları verən şəxslər başa düşməlidir ki, Azərbaycan öz ərazisində heç bir beynəlxalq hüquq və normaları pozmadan antiterror tədbirləri həyata keçirib və keçirəcəkdir.

"Dəfələrlə delimitasiya və demarkasiya ilə bağlı təkliflər oldu. Dəfələrlə sülh müqaviləsinin imzalanması üçün atılan addımlara, Azərbaycan tərəfindən atılan humanist addımlara laqeyd münasibət bəsləyən ermənilər bilməldir ki, bunun sonu nə ilə bitəcək. Çünki Qarabağ Azərbaycandır! Xankəndi Azərbaycandır! Və burda hansısa qondarma qurumların bayraq qaldırması, qeyri-legitim seçkilər keçirməsi heç bir vaxt olmayacaq. Paralel olaraq onu demək istəyirəm ki, Azərbaycan ordusu bütün sərhəd bölgələrində istənilən aqressiyaya, istənilən təxribata cavab verməyə hazırdır. Hətta bütün Azərbaycan xalqı hazırdır. Artıq bu məsələyə son qoyulmasının vaxtı gəlib çatıb. Və bu terror yuvaları darmadağın edilməlidi. Bu işdə Ali Baş Komandan başda olmaqla bütün Azərbaycan xalqı bilir ki, bu işi mütləq şəkildə sona yetirməliyik. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xankəndidə də biz bütün huquqlarımızı tam şəkildə bərpa edəcəyik, dövlət və dövlətçilik istiqamətində bütün addımları atacayıq", - deyə sonda deputat əlavə edib.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu