Deputat: "Ermənistan öz təxribatını davam etdirməkdə israrlıdır" - AÇIQLAMA

Deputat: "Ermənistan öz təxribatını davam etdirməkdə israrlıdır" - AÇIQLAMA
22.04.2023 20:55
Aa
dəq

"Məhz bu gün baş verən hadisə bir daha onu göstərir ki, 2020-ci ildən sonra da əraziyə minalar daşınır".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat Arzu Nağıyev bildirib.

"Ermənistan tərəfi bu və ya digər şəkildə minaların basdırılma prosesini həyata keçirir. Bunun da əsas məramı və məqsədi nəyin bahasına olur olsun, Böyük Qayıdışın qarşısını almaq, sülh müqaviləsinin imzalanmasına problem yaratmaqdır. Yəni beynəlxalq təşkilatlar da, eyni zamanda, Rusiya-Türkiyə monitorinq mərkəzi də, sülhməramlı qüvvələr də mütləq şəkildə Ermənistana təyziq göstərməlidirlər ki, bu mina məsələsi də birmənalı şəkildə öz həllini tapsın. Əks halda böyük qayıdışın gecikməsi baş verir, proseslər uzanır." 

Deputat qeyd edib ki, Ermənistan öz təxribatını davam etdirməkdə israrlıdır və bunun qarşısının mütləq şəkildə alınması üçün Azərbaycan bütün vasitələrdən istifadə edir və edəcəkdir ki, bu proseslərə bir son qoyulsun. Əks halda bunlar və bu təxribatlar davam edəcəkdir.

"Yəni Ermənistan rəhbərliyi başa düşməlidir ki, əgər doğrudanda sülhün bərqərar olmasını istəyirlərsə, onlar dinc quruculuq işləri ilə məşğul olan Azərbaycan tərəfə hər hansı bir maneə törətməməlidirlər. Əks halda bunlar ciddi fəsadlara gətirib çıxaracaqdır. Xəritələr öz yerində, beynəlxalq təşkilatlar, sülhməramlı qüvvələr, Rusiya-Türkiyə monitorinq mərkəzi bu işlə daha çox maraqlamalıdırlar və erməni tərəfə təyziqi daha da artırmalıdırlar".

Deputat Arzu Nağıyev 2020-ci il kapitulyasiya aktı imzalanandan sonra, bu günə qədər 300-ə yaxın vətəndaşımızın mina təxribatının qurbanı olduğunu bildirib. 

"Həlak olanlarımız da var, ağır yaralananlarımız da və bunların içində dinc quruculuq işi ilə məşğul olanlar hərbçilərdə var. Əsas məqam bundan ibarətdir ki, bunların qarşısını almaq üçün dəfələrlə beynəlxalq təşkilatlara, hətta ölkə başçısı səviyyəsində çağırışlar edilib. Bu minaların təmizlənməsi istiqamətində beynəlxalq təşkilatlar və qeyri-hökümət təşkilatları dəvət olunub ki, minaları təmizləsinlər. Ən mühüm məsələ də ondan ibarətdir ki, Ermənistandan həmin mina bastırılmış ərazilərin xəritələri tələb olunub. Verilən xəritələrdən də məlum olunub ki, həqiqətə uyğun olmayan məlumatlar daha çoxdur. Yəni böyük bir problem ilə üzləşən Azərbaycan özü öz gücünə uyğun olaraq bu minalardan təmizlənmə prosesini həyata keçirir. Lakin sülhməramlı qüvvələr də burda maraqlı olmalıdır. Əgər sülhün bərqərar olmasını istəyirlərsə mütləq şəkildə ermənilərə təyziq artmalıdır".

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu