Deputat: "Bu hadisələr qaçınılmaz idi"

Deputat: "Bu hadisələr qaçınılmaz idi"
12.04.2023 11:05
Aa
dəq

"Birmənalı şəkildə Azərbaycan Ordusunun Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələrə tam nəzarət etməsi erməni tərəfi və separatçılarını razı sala bilməzdi".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat Arzu Nağıyev bildirib. 

Deputat qeyd edib ki, artıq bir neçə müddətdir ki, Azərbaycan Ordusu tam şəkildə həmin istiqamətlərdə Ermənistan tərəfdən qanunsuz silah-sursat və hərbiçilərin daşınmasında nəzarəti ələ alıb. 

"Eyni zamanda ordumuzun nəzarətinə keçən ərazilərdə mühəndis-istehkam işləri aparılırdı və bu mövqelərdən tam şəkildə qaçaqmal yolu ilə gətirilən silah-sursatın qarşısı alındı və şərti sərhəddə tam nəzarəti bərpa etmək istiqamətində addımlar atılırdı. Təbii ki, bu nə separatçılara, eyni zamanda Ermənistan ordusuna hər hansı müsbət irəliləyiş gətirə bilməzdi. Buna görədə nəyin bahasına olur olsun, orda qarşıdurmanı məhz Ermənistan tərəfi yaradacaqdı. Ermənilər belə taktika yürütdülər ki, məhz atışmadan sonra Azərbaycan cavab atəşi açacaq. Bununla bağlı Avropanın vizual kəşfiyyatçılarından ibarət olan məhz müşahidəçi missiya bu haqda məlumat yayacaqdır. Hətta ermənilər müşahidəçilərin də Ermənistandan başqa həm Azərbaycana, həm də Avropaya məlumat vermələri haqqında bir mesaj da verdilər. Yəni, birmənalı şəkildə Azərbaycan ordusunun tam o ərazilərə nəzarət etməsi erməni tərəfi və separatçılarını razı sala bilməzdi. Məhz buna görə də bu atışmalar qaçınılmaz idi. Bildiyiniz kimi bu istiqamət çox mühüm bir əhəmiyyət kəsb edən strateji yüksəkliklərnən dolu bir istiqamətdir. Ona görə də atışmalar başladı". 

Şəhidlərimizə Allahdan rəhmət diləyən deputat bildirib ki, Ermənistan tərəfdən çox ciddi itkilər var.

"Hətta korpus komandirinin ağır yaralalanması ilə bağlı artıq özlərinin də kütləvi informasiya vasitələri bu haqqda məlumatlar yayıb. Yəni artıq artilleriya atəşi nəticəsində bütün Ermənistanın ərazisində olan ocaqların, necə deyərlər, o təxribat törədə biləcək mövqelərin darmadağın edilməsi istiqamətində hərbi əməliyyatlar həyata keçirilir. Bunun özü çox mühüm məsələdir. Və düşünürəm ki, o istiqamətdə bütün nöqtələr məhv olunana qədər Azərbaycan ordusu həm şəhidlərimizin qisasını alacaq, həm də ondan artığın edəcəklər. Ona görə də bu istiqamətdə gərgin döyüşlərin indi də getməsi haqqında məlumatlar var. Yəni, bir daha qeyd etmək istəyirəm ki, ermənilər bununla hər hansı bir sülh müqaviləsinin imzalanmasının qarşısını almağa çalışır və dünyaya bunlar car çəkmək istəyirlər ki, məhz həmin sərhəddə qarşıdurma var. Təbii ki, burda sülhməramlı qüvvələr də öz missiyalarını həyata keçirmək üçün addımlar atmalıdırlar. Türkiyə-Rusiya monitorinq mərkəzi ciddi şəkildə bu məsələni aydınlaşdırmalıdır və təhlil etməlidir. Ermənilər birmənalı şəkildə təxribatla məşğuldurlar və bizim mövqelərimizi atəşə tutmaqla yenicə əldə olunabiləcək sülh müqaviləsi üçün əldə ediləcək atəşgahı pozmaqla məşğuldurlar".

Mədinə Useynova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu