Deputat: “Emmanuel Makronun siyasi siması yoxdur”

Deputat: “Emmanuel Makronun siyasi siması yoxdur”
04.04.2023 12:16
Aa
dəq

“Qarabağ problemi həll olunandan sonra bir sıra dövlət və təşkilatlar postmünaqişə dövrünə bu və ya digər formada dəstək olmaq və bağlanaaqcaq yekun sülh müqaviləsinə töhfə verməyə çalışırlar. Azərbaycan tərəfi bütün müsbət təşəbbüsslərə dəstək verir. Lakin Fransanın timsalında ciddi pozuculuq fəaliyyətinin şahidi oluruq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin depuatatı Şahin İsmayılov parlamentin aprelin 4-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, tarixin zibil qutusuna atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa münaqişənin həlli istiqamətində ötən 30 ilə yaxın dövrdə heç bir ciddi təşəbbüslə çıxış etməyib, əksinə status-kvonun qorunması üçün əlindən gələni edib:

“Sanki Fransa dövlətinin genetik kodlarını təşkil edən islamafobiya, irqçilik, müstəmləkəçilik kimi anlayışlara Azərbaycanfobiya da əlavə edilib. Fransa dövləti başda Fransa tarixinin ən uğursuz prezidenti olan Emmanuel Makron olmaqla bütövlükdə ölkəmizə qarşı hücuma keçib. Mütəmadi olaraq Azərbaycana qarşı əsassız bəyənatlar səsləndirilir, sənədlər qəbul olunur və bununla da sanki ölkəmizə nə isə diqtə olunmağa çalışır. Amma başda Makron olmaqla bütün fransız siyasətçilər çox yaxşı bilirlər ki, nə Azərbaycan dövlətinə, nə də Azərbaycan Prezidentinə heç nə diqtə etmək mümkün deyil”.

Ş.İsmayılov vurğulayıb ki, Fransanın mövcud pozuculuq fəaliyyəti bütövlükdə sülh prosesinə ciddi təhlükə yaradır: “Fransa öz çirkin və qaranlıq keçmişi ilə Azərbaycanda nəsə nöqsan tutmağa çalışan ən axırıncı ölkə, siyasi siması olmayan Makron isə ən axırıncı siyasətçidir. Cənab Makron siz seçicilərinizdən çox yumruqlar görmüsünüz, Sizə bir tövsiyə, nəzərə alın ki, Azərbaycan Prezidentinin dəmir yumruğu yerindədir və Azərbaycan dövlətinin, xalqının maraqlarına bir balaca da zərər verməyə çalışan istənilən qüvvənin qarşısındadır”.

Həftənin ən çox oxunanları

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
DAVAMIN OXU davamın oxu

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib
DAVAMIN OXU davamın oxu

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək
DAVAMIN OXU davamın oxu

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
DAVAMIN OXU davamın oxu