Deputat: "Bakı üçün vədlər yox, praktik gedişlər maraqlıdır"

Deputat: "Bakı üçün vədlər yox, praktik gedişlər maraqlıdır"
15.05.2023 20:00
Aa
dəq

"Brüssel görüşü Azərbaycanın siyasi iradəsini tam ifadə edir və gəlinən nəticələr əslində Azərbaycanın iki il yarımdır bəyan etdiyi mövqeyin bir qisminin təkrarlanması, yaxud etiraf olunmasından ibarətdir. Bu mənada cənab Şarl Mişelin də Azərbaycan XİN də ifadə etdiyi kimi, görüş faydalı və nəticəyönümlü sayılmalıdır".  

Bunu  "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

"Bildiyimiz kimi, Azərbaycan qalib tərəf olmasına baxmayaraq cənab İlham Əliyev böyük qətiyyət nümayiş etdirərək zəfərdən dərhal sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəli səylər nümayiş etdirir. Lakin sirr deyil ki, Azərbaycan Prezidentinin bu məqsədlə irəli sürdüyü təkliflər beynəlxalq hüququn prinsiplərini ehtiva etsə və Ermənistan prinsipcə bu təklifləri qəbul etdiyini bildirsə də, bu günə qədər ortada real nəticələr yoxdur. Təbii ki, Azərbaycan daha 30 il İrəvanı gözləyə bilməz və təsadüfi deyil ki, cənab İlham Əliyev 2023-cü ili sülh üçün son fürsət kimi dəyərləndirib. Ermənistan isə əksinə, daha çox sülhü pozma taktikası seçib və hətta şərti sərhədlərdə erməni təxribatları nəticəsində toqquşmalar adi hala çevrilib. Belə bir şəraitdə, Brüsseldə Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığın ifadə edilməsi özlüyündə pozitiv mühit yaradır. Müzakirələrdə Azərbaycanın tələbi üzrə, sərhədlərin delimitasiyası ilə bağlı növbəti addımların nəzərdən keçirilməsi fonunda müəyyən irəliləyişlərin əldə olunmasını da məhz Bakının nail olduğu bu pozitiv mühitin nəticəsi hesab etmək olar".

Bəhruz Məhərrəmov qeyd edib ki, Brüssel görüşünün digər mühüm məqamı, ərazi bütövlüyü prinsipi üzrə bir daha gəlinən razılıqla Ermənistanın təcavüzkar niyyətlərinin üzərindən bir daha xətt çəkilməsi oldu. Şarl Mişelin yaydığı bəyanatda da ifadə olunduğu kimi, tərəflər 1991-ci il "Alma-Ata Bəyannaməsi"nə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq ediblər. Biz bir məqamı unutmamalıyıq ki, ötən ilin oktyabrında Praqa və Soçi görüşlərində də "Alma-Ata Bəyanatı"na müvafiq olaraq eyni qənaətə gəlinmişdi. Lakin, Fransanın pozuculuq fəaliyyəti və İrəvanın da arzusu ilə proses qeyri-müəyyən vəziyyətdə donmuşdu. Cənab İlham Əliyevin qətiyyətli addımları ilə İrəvan nəinki oyuna qayıtmaq məcburiyyətində qaldı, əksinə, Azərbaycanın ərazi bütövlüyünü daha detallı formada etiraf edərək Qarabağ "sevdasından" vaz keçməli oldu. 

"Fransaya gəlincə, Brüssel prosesinin ən diqqət çəkən məqamlarından biri məhz Parisin çoxsaylı cəhdlərinə baxmayaraq prosesin dağılmaması fonunda Bakının Parisi növbəti dəfə nokauta salmasıdır. Paris nəinki Brüssel prosesini dağıda bilmədi, əksinə cənab İlham Əliyev dünyaya göstərdi ki, Fransanı oyundan kənarda saxlamaq iqtidarındayıq. Üstəlik Azərbaycan və Ermənistan rəhbərləri iyulda Brüsseldə, habelə Avropa Siyasi Birliyinin 2-ci sammiti çərçivəsində Fransa Prezidenti Makron və Almaniya kansleri Şolzun iştirakı ilə Kişinyovda, habelə oktyabrda Qranadada keçiriləcək üçüncü ASB sammiti çərçivəsində yenidən görüşəcək. Yəni, Bakı faktiki olaraq bütün kənar təsirləri zərərsizləşdirərək prosesi reallaşdırmaqla real imkanlarını göstərdi, Fransa özünün təcavüzkar ideyaları, separatizmə dəstəyi və proksi-müharibə cəhdləri ilə "pat" vəziyyətində qaldı".

Deputat vurğulayıb ki, digər tərəfdən, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatında da Azərbaycanın Qarabağ iqtisadi rayonu, bizim mövqeyimizə uyğun formada "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti" formasında ifadə etməklə vəziyyətin Bakının beynəlxalq hüququ ehtiva edən mövqeyinə uyğun inkişaf etdiyini göstərdi. Habelə, bəyanatda Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı ayrıca bəhs olunması və bu əhalinin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yalnız Azərbaycanın subyektiv tərəf kimi tanınması cənab İlham Əliyevin iradəsinə uyğun olaraq, bu məsələlərin Bakının daxili işi olması mövqeyinin artıq sual yaratmadığını göstərir. Bu, çox ciddi məsələdir və Azərbaycan Prezidentinin müstəsna qələbəsidir. 

"Görüşün digər vacib məqamı, Azərbaycanın kommunikasiyaların açılmasına dair təklifinin realizəsi üzrə ciddi irəliləyişlə bağlıdır. Şarl Mişelin bəyanatından da aydın olur ki, Zəngəzur dəhlizinin açılması işi ilə bağlı faktiki əngəl qalmır və işin dəstəklənməsi üçün prosesə Ümumdünya Gömrük Təşkilatı cəlb ediləcək. Bu, əlbəttə, Ermənistanın ənənəvi yayınmalarının qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Bütün görüşlərdə olduğu kimi, bu dəfə də humanitar məsələlər cənab İlham Əliyevin əsas tezislərindən olub və cənab Mişelin ifadə etdiyi kimi, yaxın həftələrdə ciddi nəticələr gözlənilir və ən əsası, azaraq sərhədi keçən hərbi qulluqçular bundan sonra da sürətləndirilmiş əsaslarla azad olunacaqlar.

Əlbəttə, Azərbaycan ən qısa müddətdə sülh arzu edir. Lakin Bakı üçün vədlər yox, praktik gedişlər maraqlıdır. Bu mənada ermənilərin zamanı məhduddur və onlar yaxın dövrdə Brüsseldə əldə olunan razılıqlara əməl olunması, yaxud dəmir yumruq arasında sadə seçim etməli olacaqlar".

Aygün İsmayılova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu