Dəm qazından zəhərlənən iki azyaşlı xilas edildi

Dəm qazından zəhərlənən iki azyaşlı xilas edildi
05.02.2023 14:44
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində mənzildə vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində vətəndaşa məxsus mənzildə iki nəfər azyaşlı bağlı qapı arxasında qalıb və heç bir çağırışlara cavab vermirlər.

Xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlardan istifadə etməklə giriş qapısı açılaraq mənzilə daxil olunub. Mənzilə baxış keçirilərkən iki azyaşlının huşsuz vəziyyətdə köməyə ehtiyacının yaranması müəyyən edilib.

Xilasedicilər tərəfindən dərhal ilkin yardım göstərilərək azyaşlılar həyati təhlükəli vəziyyətdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

İlkin ehtimala görə hadisəyə səbəb dəm qazı zəhərlənməsi olub.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu