Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nepalda sel fəlakəti: Ölənlərin sayı 1355-ə çatdı

2 dəq
Paylaş:
Nepalda sel fəlakəti: Ölənlərin sayı 1355-ə çatdı

Nepalda baş verən dağıdıcı sel fəlakəti nəticəsində ölənlərin sayı 1355 nəfərə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Nepalın Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Qurumu “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, hazırda 4 min 996 nəfər itkin düşmüş hesab olunur. Onların tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

nəticəsində 6 min 672 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ərazidə axtarış-xilasetmə və işlərinə 21 min 402 əməkdaşı cəlb olunub.

Nepal hökumətinin qərarı ilə ölkədə bir günlük matəm elan edilib və dövlət bayraqları yarıya endirilib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) əvvəlcə bölgədə zəlzələ baş verdiyini açıqlasa da, sonradan məlumatını yeniləyərək 5,2 bal gücündə qeydə alınan seysmik hərəkətliliyin ilə əlaqəli olduğunu bildirib.

Katmanduda yerləşən Dağlıq İnkişaf Mərkəzinin mütəxəssisləri də selin dağlıq ərazilərdən qopan buzlaq parçalarının yaratdığı uçqun nəticəsində baş verdiyini bildiriblər.

Avqustun 26-da Rasuva bölgəsində baş verən hadisə zamanı onlarla körpü dağılıb, yol infrastrukturu isə ciddi ziyan görüb.

Çətin relyefli ərazilərdə axtarış-xilasetmə işlərinin aparılması üçün xüsusi helikopterlərdən istifadə olunur. Axtarış və yardım əməliyyatlarının davam etdiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə