Əsas məzmuna keç

De la Fuente İspaniyanın tarixinə düşdü

De la Fuente İspaniyanın tarixinə düşdü

İspaniya milli komandası AÇ-2024-ün mərhələsinin ikinci turunda səfərdə Şotlandiyaya uduzub (0:2).

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu matçda məğlub olan de la Fuente 1991-ci ildən sonra birinci səfər görüşündə xal qazana bilməyən İspaniya millisinin ilk kimi tarixə düşüb.

31 il öncə Myeranın çalışdırdığı yığma AÇ-1992-nin seçmə mərhələsində eyni hesabla İslandiyaya məğlub olmuşdu (0:2).

İspaniya millisi hazırda A qrupunda 3 xalla ikincidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…