Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19.04.2024 17:03
Aa
dəq

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş Kollegiya iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

İclasda bildirilib ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin 85 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər 2023-cü ilin 3 ayı ilə müqayisədə azalıb.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb.

Vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən müraciətlərə baxılmasının vəziyyətinə toxunan Nazir bu istiqamətlərdə nəticələrin müsbət olduğunu, cinayət yolu ilə şəxslərə vurulmuş 77.668.996 manat maddi ziyanın 80 faizinin istintaq prosesində ödənildiyini nəzərə çatdırıb.
Daha sonra gündəlikdəki məsələlərlə bağlı məruzələr dinlənilib.

Müzakirə olunan məsələlər ətrafında Baş idarə, idarə və ərazi polis orqanlarının rəisləri çıxış edərək görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxış ediblər. Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə icra olunduğunu, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin xidməti vəzifələri böyük əzmlə yerinə yetirdiyini diqqətə çatdırıb.

Həftənin ən çox oxunanları

Balakəndə narkotikdən istifadə edən və sərxoş olan 26 sürücü məsuliyyətə cəlb olunub

Balakəndə narkotikdən istifadə edən və sərxoş olan 26 sürücü məsuliyyətə cəlb olunub
DAVAMIN OXU davamın oxu

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb
DAVAMIN OXU davamın oxu

İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyənləşdirilməsi üçün görüləcək işlər açıqlanıb

İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyənləşdirilməsi üçün görüləcək işlər açıqlanıb
DAVAMIN OXU davamın oxu

DVX 1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edib

DVX 1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edib
DAVAMIN OXU davamın oxu

ADNA-da terror aktı törədilməsindən 15 il ötür

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
DAVAMIN OXU davamın oxu