Tanınmış idman insayderi Fabritsio Romanonun verdiyi məlumata görə, təcrübəli mərkəz yarımmüdafiəçisi Dani Sebalyos "Real Madrid" ilə müqaviləsini yeniləməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, futbolçu paytaxt təmsilçisini azad agent statusunda tərk edəcək.
Romano öz açıqlamasında qeyd edib ki, Dani Sebalyosun bu yay "Real Madrid"dən ayrılması gözlənilir.
Digər klublar artıq öz təkliflərini hazırlamaq üçün onunla əlaqə saxlayıblar. "Ayaks" və daha iki komanda Sebalyosla yaxından maraqlanır.
Qeyd edək ki, Dani Sebalyos 2017-ci ildə "Betis" klubundan transfer olunduqdan bəri Madrid təmsilçisinin formasını geyinir.