Operativ Məlumat Mərkəzi

Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

1 dəq
Paylaş:
Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında Bozdağ silsiləsi ərazisində iki yeniyetmənin itkin düşməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Aparılmış axtarış əməliyyatı nəticəsində yeniyetmələr dağlıq ərazidə köməksiz vəziyyətdə aşkarlanıblar.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə 2007-ci il təvəllüdlü N.Tağıyev və 2009-cu il təvəllüdlü A.Yusiflini dərədən qaldıraraq xilas ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər