Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çexiya Rusiya diplomatlarına qoyulan məhdudiyyətləri aradan qaldırdı

2 dəq
Paylaş:
Çexiya Rusiya diplomatlarına qoyulan məhdudiyyətləri aradan qaldırdı

Çexiya Xarici İşlər Nazirliyi diplomatları üçün əvvəlki hökumət tərəfindən sürülən və 19-cu Avropa İttifaqının sanksiya paketinə daxil edilmiş daha sərt səyahət qaydalarını ləğv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, Çexiya naziri Petr Macinka, ölkənin əvvəlki Petr Fialanın təşəbbüsü ilə irəli sürülən Rusiya diplomatlarının Aİ ölkələrinə səyahətlərini məhdudlaşdıran tədbirləri ləğv edib.

Məhdudlaşdırıcı tədbirlərin 25 yanvarda qüvvəyə minməsi planlaşdırılırdı. Sanksiyalar paketinin şərtlərinə əsasən, Aİ ölkələrində akkreditə olunmuş Rusiya diplomatları tranzit də daxil olmaqla, sərhədini keçmək niyyətində olduqları Şengen zonası dövlətinin hakimiyyət orqanlarına məlumat verməlidirlər.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Aİ Rusiyaya qarşı sanksiyaların 19-cu mərhələsini təsdiqləyib və əsasən neft və qaz ixracını hədəf alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax