Azərbaycan Cüdo Federasiyası rəsmi maskotunu təqdim edib.
Federasiyanın mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, LEDO adlı maskot özündə zərifliyi, ildırım sürətini, misilsiz gücü və ağılı ehtiva edir.
Maskot ilk dəfə sentyabrın 22-dən 24-dək Milli Gimnastika Arenasında keçiriləcək Böyük Dəbilqə turnirində nümayiş olunacaq.