Kuba mətbuatının yaydığı məlumata görə, hökumət Müqəddəs Həftə (Çilə Həftəsi) münasibətilə genişmiqyaslı əfv qərarı qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, qərar qəbul edilərkən məhkumların cəzaçəkmə müəssisəsindəki nümunəvi davranışları və sağlamlıq vəziyyətləri xüsusi olaraq nəzərə alınıb.
Əfv olunan 2010 nəfərlik siyahıya əsasən aşağıdakı kateqoriyadan olan şəxslər daxildir:
Açıqlamada xüsusi olaraq vurğulanıb ki, cinsi zorakılıq, qətl, narkotik cinayətləri, oğurluq, heyvanlara qarşı qəddarlıq, uşaq istismarı və hakimiyyətə qarşı cinayət törədən şəxslər bu əfv sərəncamına şamil edilməyib.
Xatırladaq ki, Kuba hökuməti 2011-ci ildən bəri ümumilikdə 11 mindən çox şəxsi əfv edib.