Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kuba XİN başçısı Marko Rubionu yalan danışmaqda ittiham etdi

2 dəq
Paylaş:
Kuba XİN başçısı Marko Rubionu yalan danışmaqda ittiham etdi

Kubanın naziri Bruno Rodriges Parrilla ABŞ Marko Rubionun Kubanın ABŞ üçün “milli təhlükəsizliyə təhdid” yaratdığı barədə açıqlamasını təkzib edərək bunu “yalan” adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

Rodriges bildirib ki, ABŞ rəsmisi yenidən “yalan məlumatlar” yayaraq Kuba və ABŞ vətəndaşları arasında gərginliyi artıra biləcək hərbi təcavüzə zəmin yaradır.

O, qeyd edib ki, Kuba heç vaxt ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid olmayıb və ölkədə yaşanan iqtisadi böhranın əsas səbəbi Vaşinqtonun tətbiq etdiyi sərt sanksiyalardır.

Nazir ABŞ-ni Kuba xalqına qarşı uzun illərdir davam edən “sistemli təzyiqdə” ittiham edib və son aylarda blokadanın daha da gücləndirilməsinin ölkədə ciddi iqtisadi və sosial çətinliklər yaratdığını vurğulayıb.

Rodriges həmçinin ABŞ-nin öz ərazisində “Kubaya qarşı terror aktlarına göz yumduğunu” və bu cür fəaliyyətlərdə iştirak edən şəxslərə sığınacaq verdiyini iddia edib.

Onun sözlərinə görə, Vaşinqtonun birtərəfli məcburi tədbirləri Kubanın iqtisadi inkişafına ciddi zərbə vurur və bütün sahələrdə, o cümlədən özəl sektorda dağıdıcı nəticələr doğurur.

Qeyd edək ki, katibi Marko Rubio daha əvvəl Kubanı “ABŞ üçün milli təhdidi” adlandırmış və Kuba hakimiyyəti ilə diplomatik razılaşma ehtimalının aşağı olduğunu bildirmişdi. ABŞ prezidenti Donald Tramp da Kubaya qarşı hərbi müdaxilə ehtimalını gündəmə gətirmişdi.

ABŞ-nin Kubaya tətbiq etdiyi neft embarqosu və sanksiyalar isə ölkədə enerji böhranını daha da dərinləşdirib. Son aylarda adada uzunmüddətli elektrik kəsintiləri müşahidə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax