Əsas məzmuna keç

Cozep Borrell: "Aİ-də Türkiyəyə sanksiya tətbiq etməkdən çəkinən ölkələr var"

Cozep Borrell: "Aİ-də Türkiyəyə sanksiya tətbiq etməkdən çəkinən ölkələr var"

o, bunu "Euronews"un "Qlobal Müzakirələr" proqramında deyib. Borrell gələn həftə keçiriləcək Aİ sammiti ərəfəsində Şərqi Aralıq dənizində yaranmış...

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi qeyd edib ki, Avropa İttifaqında Türkiyəyə sanksiya tətbiq etməkdən çəkinən ölkələr var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bunu "Euronews"un "Qlobal Müzakirələr" proqramında deyib.

Borrell gələn həftə keçiriləcək Aİ sammiti ərəfəsində Şərqi Aralıq dənizində yaranmış gərginliklə bağlı ilə münasibətlərdə əhəmiyyətli yaxşılaşmanın olmadığını bildirib.

Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının Türkiyəyə qarşı sanksiya məsələsini dəyərləndirəcəyini bildirən Borrell bəzi ölkələrin bu məsələdə istəksiz olduğunu qeyd edib.

Borrell Türkiyə və Rusiyanın son zamanlar xüsusilə Aralıq dənizi, Suriya və Qafqazda təsirlərini artırdığına diqqət çəkib.

Ali Nümayəndə, həmçinin Bayden dövründə ABŞ-Aİ münasibətlərinin gələcəyi, İranla nüvə sazişi, Çinin uyğur siyasəti, İsrail-Fələstin problemi kimi məsələləri də dəyərləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…